Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiyalar keçirilib

23 Sentyabr 2024, 12:50

 
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Viləşçayın Masallı, Kür çayının Şəmkir və Salyan, Bum çayının Qəbələ, Gəncəçayın Gəncə rayonlarından keçən hissələrində, Quba-Qəçrəş avtomobil yolunun ətrafında, Oğuz rayonu Calut kəndində, Ucar şəhəri Azərbaycan küçəsi ərazisində, Beyləqan şəhəri avtomobil yolunun sağ və sol hissəsində, Zəngilan rayonu Ağalı kəndində iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının, nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3,5 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.