Meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib
20 Sentyabr 2024, 12:50
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Oğuz, Beyləqan, Şəki, Zaqatala, İsmayıllı, Tovuz, Goranboy, Şəmkir, Lerik, Cəlilabad və Şabran rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin, rayon sakinlərinin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 1.1 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyaların məqsədi ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, ekoloji məsuliyyət hissinin aşılanması və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsidir.