Tibbi tullantıların düzgün idarə olunması sahəsində növbəti maarifləndirici tədbirlər keçirilib
19 Sentyabr 2024, 16:02
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Bu sahədə növbəti görüşlər Quba, Xaçmaz və Siyəzən rayonlarının mərkəzi xəstəxanalarında keçirilib.
Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.