“Çex modeli” üzrə nişanlanma işləri davam edir
17 Sentyabr 2024, 16:35
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çex Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində 9-13 sentyabr tarixlərində Hirkan və Altıağac Milli Parklarında çex mütəxəssisi İvo Dokoupili tərəfindən milli parkların əməkdaşlarına treyninqlər təşkil olunub və təyin olunan marşrutlar üzrə ümumi uzunluğu 15 km olan nişanlanma işləri aparılıb.
Bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərir.