Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib
16 Sentyabr 2024, 17:35
“Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Siyəzən sahillərində, Lənkərançayın Lerik, Araz çayının Saatlı, Axınca çayının Tovuz, Bərgüşadçayın Qubadlı rayonlarından, Gəncəçayın Gəncə şəhərindən keçən hissələrində, Ağcabədi rayonu Aşağı Avşar kəndi, Qəbələ rayonu Laza kəndi yaxınlığında, Zərdab şəhəri Babək İsmayılov küçəsində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Sumqayıt Dövlət Texniki Kollecin, Tovuz Gənclər Evinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin, Ağdam kənd Natiq Yusifov adına tam orta məktəbin, Vahidli kənd Asif Sadıqov adına tam orta məktəbin şagirdlərinin və yerli sakinlərin iştirakı ilə ərazilər 3.7 tondan artıq tullantıdan təmizlənib.