Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib

16 Sentyabr 2024, 11:50

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya Xəzər dənizinin Bilgəh və Nardaran sahillərində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Kapital Bank”ın, “Competo” və “PashaPay” şirkətlərinin, Qırmızı Ürəklər Fondunun, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və ekokönüllülərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində sahil zolağı 450 kq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunması haqqında məlumatlılığın artırılmasına nail olmaqdır.