Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Yanvar 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-170, Kiçik Qafqazın çaylarında 150-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 54 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 7 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2014-cü il yanvarın 16-da 434 sm), Şirvanda 253 sm (2014-cü il yanvarın 16-da 321 sm), Salyanda 235 sm (2014-cü il yanvarın 16-da 285 sm), Bankədə 201 sm (2014-cü il yanvarın 16-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2014-cü il yanvarın 16-da 190 sm) təşkil edir.