Xəzəri qoruyaq-2024” layihəsi çərçivəsində Xəzərin cənub sahilləri tullantılardan təmizlənib
11 Sentyabr 2024, 14:58
7 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, “EcoHub” ictimai birliyinin nümayəndələrinin və "Yaşıl Asan" könüllülərinin iştirakı ilə Xəzər dənizinin Lənkəran və Astara sahillərində təmizlik aksiyaları keçirilib.
200 nəfərdən artıq iştirakçının iştirak etdiyi aksiya çərçivəsində 880 kiloqram tullantı yığılaraq ərazilərdən daşınıb.
Aksiyalar növbəti günlərdə də Xəzərin sahil ərazilərində davam edəcək.