Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib

10 Sentyabr 2024, 11:45

 
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 7 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində, Ağstafa çayının Ağstafa, Araz çayının İmişli, Kürəkçayın Goranboy rayonlarından keçən hissələrində, Şamaxı rayonu Sis, Göyçay rayonu Qarabaqqal, Ağdam rayonu İmamqulubəyli kəndləri ərazilərində, Kəlbəcər rayonu İstisu mineral bulağının ətrafında, Şuşa şəhəri ərazisində "İsa bulağı"na gedən avtomobil yolunun sağ və sol hissələrində təmizlik aksiyaları keçirilib, ərazilər 2 tondan artıq tullantıdan təmizlənib.

Sevindirici haldır ki, may ayından start verilən Ümumrespublika Təmizlik Marafonu çərçivəsində hər həftə keçirilən təmizlik aksiyalarına müxtəlif dövlət qurumlarının, özəl qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, könüllülər, yerli sakinlər qoşularaq öz töhfələrini verir.

7 sentyabr tarixində keçirilən iməciliyə “Rabitəbank”ın əməkdaşları da qoşularaq Nazirliyin əməkdaşları ilə birgə Qubanın Qəçrəş kəndində meşə ərazisini və çay kənarını 1.5 tona yaxın tullantıdan təmizləyiblər.