Xəbərlər

Azərbaycanın ilk İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanması ilə əlaqədar növbəti seminar keçirilir.

09 Sentyabr 2024, 15:30

Seminarda energetika, nəqliyyat, kənd təsərrüfatı, meşəçilik, sənaye, tullantıların idarə olunması sahələrinə məsul dövlət qurumlarının nümayəndələri və BTR hazırlanması üzrə İşçi Qrupun üzvləri, həmçinin beynəlxalq məsləhətçilər iştirak edir.
Seminar müddətində BTR hesabatının cari statusu, əldə olunmuş uğurlar, növbəti addımlar, mövcud çətinliklər və onların həll yolları müzakirə edilir.

Eyni zamanda, seminar çərçivəsində BTR hesabatının istixana qazlarının inventarlaşdırılması, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə nailiyyət, əldə edilmiş dəstək və digər bölmələrin hazırlanması, müvafiq cədvəllərin doldurulması və bununla bağlı metodoloji həllərə dair praktik təlim keçirilməkdədir.

Seminar növbəti 3 gün müddətində davam edəcək.