Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə meşə əraziləri tullantılardan təmizlənib
09 Sentyabr 2024, 10:25
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Quba, İmişli, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Tovuz, Göygöl, Gədəbəy, Lerik, Masallı, Şabran, Sabirabad və Ağdam rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyət orqanlarının, bələdiyyə nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.5 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsidir.