Tozlu hava şəraiti davam edir
02 Sentyabr 2024, 11:03
Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur.
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2,5-3 dəfə çoxdur. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,5 dəfə yüksək olduğu qeydə alınıb.