Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib
01 Sentyabr 2024, 14:55
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya Xəzər dənizinib Bilgəh sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, “Təmiz Şəhər” ASC-nin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Binəqədi rayon İcra Hakimiyyətinin, bələdiyyənin nümayəndələrinin və ekokönüllülərin iştirak etdiyi aksiyada 300 kiloqramdan artıq tullantı yığılaraq ərazidən daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, ictimaiyyəti istirahət edərkən tullantıları təyin olunmuş yerlərə atmağa, təmizliyə riayət etməyə sövq etməkdir.