Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu davam edir

26 Avqust 2024, 14:30

 
Artıq 4 aydır davam edən Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiyalar Xəzər dənizinin Astara sahilində, Kür çayının Neftçala və Yevlax, Şəmkirçayın Şəmkir rayonundan keçən hissələrində, Zəngilan rayonu Oxçuçayın ətrafında, Qəbələ şəhərində, Quba rayonu Vladimirovka, Qax rayonu Böyük Alatəmir, Daşkəsən rayonu Xoşbulaq kəndlərində, Tərtər-Suqovuşan avtomobil yolunun sol kənarında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin, rayon sakinlərinin, könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4.4 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Təmizlik aksiyaları insanları təbiətə qarşı daha məsuliyyətli olmağa və tullantıları düzgün idarə etməyə təşviq etmək, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək məqsədilə mütəmadi olaraq keçirilir.