Xəbərlər

Xəzərin Sumqayıt sahili tullantılardan təmizlənib

24 Avqust 2024, 12:45

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası Xəzərin Sumqayıt sahilində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “SOCAR Polymer” zavodunun əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı sahil zolağı 300 kiloqrama yaxın tullantıdan təmizlənib.

“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.