Xəbərlər

Batareyaları təhvil ver, təbiəti qoru

21 Avqust 2024, 17:00

Batareyaların tərkibində qurğuşun, kadmium, litium, civə, sink və ətraf mühit üçün digər zərərli maddələr vardır. İşlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Layihə çərçivəsində bugünədək 2135 kq işlənmiş batareya təhvil alınıb.

Bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.