Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvar ayının 23-də Sabirabad şəhərində vətəndaşların qəbulunu keçirəcək
14 Yanvar 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 23 yanvar 2015-ci il tarixində saat 10:00-da Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri, Vidadi küçəsi 3, əlaqə telefonları: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) xahiş olunur.