Xəbərlər

Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

06 Avqust 2024, 19:40

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ilə görüşüb.

Görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.