Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahili tullantılardan təmizləndi

01 Avqust 2024, 12:30

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və bələdiyyə nümayəndələrinin, könüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya zamanı sahil zolağı 300 kiloqramdan artıq tullantıdan təmizlənib.

Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək məqsədilə hər həftənin 4-cü və 6-cı günləri ölkə ərazisinin dəniz və çay sahillərində, dağ-meşə ərazilərində iməciliklər keçirilir.