Xəbərlər

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

31 İyul 2024, 10:40

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.