Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində çay sahilləri və meşə əraziləri tullantılardan təmizlənib

29 İyul 2024, 12:55

 
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Masallı, Yevlax, Göygöl, Sabirabad, İmişli, Şəki, Oğuz və İsmayıllı rayonlarının meşə ərazilərində, Lənkərançayın Xəzər dənizinə qovuşduğu ərazidə, Həkəri çayının Laçın şəhərindən, Araz çayının Saatlı şəhərindən və Tərtərçayın Bərdə rayonundan keçən hissələrində, Ucar şəhəri ərazisində, Şahbuz rayonunun Batabat ərazisində iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, gənclər evlərinin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin, “Kapital Bank” ASC-nin əməkdaşlarının, könüllülərin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyaların məqsədi ətraf mühitin qorunması, ekosistemin sağlamlığının təmin edilməsi, eyni zamanda ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün utilizasiyasına dair məlumatlandırmanın təmin edilməsidir.