Faktiki hava
27 İyul 2024, 20:00
Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.
Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.
Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Şəkidə və Sarıbaşda (Qax) duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.