Xəbərlər

Təmiz hövzələr

26 İyul 2024, 16:05

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasından, Şəmkir, Mingəçevir və Yenikənd su anbarlarından ümumilikdə 1165 metr uzunluğunda 21 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb. Aksiya çərçivəsində tədbirlər davam etdirilir. digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasından, Şəmkir, Mingəçevir və Yenikənd su anbarlarından ümumilikdə 1165 metr uzunluğunda 21 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb. Aksiya çərçivəsində tədbirlər davam etdirilir.