Qanunsuz ov edən şəxslər saxlanılıb
09 Yanvar 2015, 00:00
01-08 yanvar 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.
Qaradağ rayonu ərazisində keçirilmiş reyd zamanı Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri İbrahim Rəsulov, Sabir Nəcəfov və Fazil Məmmədov saxlanılıb. Onlardan 3 ov tüfəngi, 10 patron götürülərək qanun pozucuları barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və təqsirkar şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub.
Binəqədi rayonu ərazisində keçirilmiş reyd zamanı gölün qırağında ov edən Bakı şəhər sakini Seyfəddin Xəlilov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq, qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Şabran rayonu, Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı ovla məşğul olan Şabran şəhər sakini Azad Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Yevlax rayon Xanabad kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılaraq onlardan 3 ov tüfəngi, 3 patron və 2 ördək götürülərək faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.