Xəbərlər

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiyalar keçirilib

25 İyul 2024, 12:40

 
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Mingəçevir şəhəri Samux küçəsində, Yardımlı şəhəri Məharət Mirzəyev küçəsində, Tovuz, Şəki, İsmayıllı, Masallı, Quba, Lerik, Balakən rayonlarının meşə ərazilərində, Balakən rayonu Hənifə kəndində və Göygöl rayonu Köşkü-Üçbulaq kəndinə gedən yol kənarında iməciliklər təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin, ASAN könüllülərinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3.7 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyaların məqsədi insanları tullantıları ətrafa atmamağa təşviq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, ictimaiyyətin bu məsələyə diqqətini artırmaq və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanı təmin etməkdir.