Xəbərlər

Çaylarda faktiki vəziyyət

24 İyul 2024, 21:22

Milli Hidrometeorologiya Xidmətinin iyulun 24-ü saat 21:00-a olan məlumatına əsasən regionlarda yağan intensiv yağıntılarla əlaqədar hazırda Qəbələ rayonu ərazisindən axan Tikanlıçaydan sel keçir. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.