Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 Yanvar 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 90-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Şirvanda 2, Bankədə 8 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 sm (2014-cü il yanvarın 09-da 454 sm), Şirvanda 227 sm (2014-cü il yanvarın 09-da 340 sm), Salyanda 204 sm (2014-cü il yanvarın 09-da 315 sm), Bankədə 225 sm (2014-cü il yanvarın 09-da 255 sm), Araz çayının Novruzlu məntəqəsində isə 121 sm (2014-cü il yanvarın 09-da 200 sm) təşkil edir.