Yanvarın 07-si gündüzdən 08-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti
08 Yanvar 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 07-si günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında şiddətlənib,
hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, səhər saatlarında intensivləşib, dağlıq və dağətəyi rayonlarda güclənib.
Səhər saatlarına olan məlumata görə düşən yağıntının miqdarı 2.5 mm, dağlıq və dağətəyi rayonlarda qar örtüyünün hündürlüyü 15 sm-dək olub. Gün ərzində yağıntılar davam edəcək.