Xəbərlər

Tullantıları ekoçantaya dəyiş” aksiyasına start verilib

12 İyul 2024, 16:30

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Bakı şəhəri Xətai rayonunda yerləşən Araz supermarketin qarşısında keçirilib.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 425 litr olan plastik, 40 litr tutumu olan şüşə butulka və 475 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda polietilen paketlərdən istifadəni azaltmağa, alternativlərdən istifadə etməyə çağırırıq. Növbəti ərazilər barədə elanlar hər həftə Nazirliyin rəsmi saytında və sosial şəbəkə səhifələrində paylaşılacaq.