"Yarat-Tullantını azalt" Abşeron Milli Parkında tədbir
12 İyul 2024, 10:25
Sabah, 13 iyul tarixində Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim ediləcək.
“ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçiriləcək tədbirdə, eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq”.
Şöbə müdiri bütün təbiətsevərləri və sənətsevərləri xoş və yaddaqalan istirahət günü keçirmələri üçün Abşeron Milli Parkına dəvət edib.