Xəbərlər

ETSN-in hesabatı 51 ölkə hesabatı arasında “əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş” hesabat seçilib

05 İyul 2024, 15:35

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının “Böyük məsafələrdə transsərhəd hava çirklənməsi” Konvensiyasına təqdim etdiyi atmosfer havasına atılan emissiyalar üzrə illik hesabatı 51 üzv ölkə hesabatı arasında “əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş” hesabat seçilib.

Qeyd edək ki, “Böyük məsafələrdə transsərhəd hava çirklənməsi” Konvensiyası atmosfer havasının keyfiyyətinin artırılması, bu istiqamətdə birgə səylərin istiqamətləndirilməsı və emissiyaların azaldılması məqsədi ilə 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasına üzv ölkələr tərəfindən yaradılıb. Ölkəmiz Konvensiyaya 3 iyul 2002-ci il tarixində qoşulub.