Sumqayıtda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
06 İyul 2024, 16:30
Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyəti, “AzEkol” MMC, “LIBRAFF” kitab mağazaları şəbəkəsi, “Yapı Kredi Azərbaycan”, “Araz” supermarketlər şəbəkəsinin və “Baku Electronics”in dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2033 litr olan plastik, 235 litr olan şüşə və 1040 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.
Tədbirdə maraqlı viktorinalar təşkil olunub, ekokönüllülər kətan və ekoçantalar üzərində şəkillər çəkib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədilə keçirilir.