Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Yanvar 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 110-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60, Naxçıvan MR-sı çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 57 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 2, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Bankədə isə 4 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2014-cü il yanvarın 05-də 458 sm), Şirvanda 241 sm (2014-cü il yanvarın 05-də 341 sm), Salyanda 213 sm (2014-cü il yanvarın 05-də 304 sm), Bankədə 203 sm (2014-cü il yanvarın 05-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 128 sm (2014-cü il yanvarın 05-də 208 sm) təşkil edir.