Xəbərlər

Beynəlxalq Forum başa çatıb

29 İyun 2024, 09:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumu başa çatıb.
 
İki gün davam edən tədbir çərçivəsində tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların təşviqi, əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə tullantıların davamlı idarəçiliyi, eləcə də bu istiqamətdə qlobal çağırışlar və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib.

Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndələri qatılıblar.

Forumun yekununda bir sıra şirkətkərlə “Sıfır tullantı” Bakı Təşəbbüsü imzalanıb. Təşəbbüsün məqsədi tullantıların səmərəli idarə edilməsi sahəsində infrastrukturun təkmilləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, hesabatlılığın artırılması və bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Forum çərçivəsində, həmçinin “Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri də mükafatlandırılıb.