Ölkə ərazisini əhatə edən təmizlik aksiyaları davam edir
24 İyun 2024, 17:00
22 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, Mənzil-Kommunal Təsərrüfat İdarələrinin, bələdiyyələrin, regional gənclər və idman mərkəzlərinin nümayəndələrinin, yerli sakinlərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilindən, Qarqarçayın Ağcabədi rayonundan, Kür çayının Zərdab rayonundan, Həkəri çayın Laçın rayonundan keçən hissəsində, Göygöl rayonunun Hacıkənd, Xaçmaz rayonunun Xudat, Masallı rayonunun Masallı, Şəki rayonunun Göynük meşəbəyliklərində və Hacıqabul rayonu ərazisində iməciliklər keçirilib.
Aksiyalar zamanı ümumilikdə 3.8 tondan artıq məişət tullantısı təmizlənərək yığışdırılıb.
Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi vətəndaşları tullantıları düzgün idarə etmək verdişinə yiyələnməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ekoloji şüurun formalaşmasına dəstək olmaqdır.