“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 42.5 kq işlənmiş batareya təhvil alınıb
19 İyun 2024, 12:40
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Sabunçu, Spar 1, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik mall və 28 mall filiallarından ümumilikdə 42,5 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
Ətraf mühitə həssaslıqla yanaşaraq layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.