Xəbərlər

"Təmiz ölkəm" aksiyası çərçivəsində təmizlik aksiyaları davam edir

17 İyun 2024, 14:55

Xəzər dənizinin Sumqayıt, Lənkəran, Xaçmaz sahillərində, Qubadlı rayonunun Xanlıq kəndi ərazisində, Araz çayının Saatlı, Tərtərçayın Bərdə rayonundan keçən hissəsində, Ucar şəhər Abbas Səhhət küçəsində, Qax və Göygöl rayonlarının meşə ərazilərində təmizlik aksiyaları keçirilib.

Nazirliyin regional bölmələrinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 3 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Hər kəsi vətəndaş olaraq öz məsuliyyətini dərk etməyə, təbiətimizə qayğıyla yanaşmağa və onu təmiz saxlamağa dəvət edirik.