Xəbərlər

Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününə diqqəti çəkmək məqsədilə könüllülərlə görüş keçirilib

17 İyun 2024, 12:40

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllülərlə maarifləndirici görüş təşkil olunub.

Görüş zamanı Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən iqlim dəyişmələrinin quraqlığa və su ehtiyatlarına təsiri, son illər Azərbaycan ərazisində havanın orta illik temperaturunun və yağıntının miqdarının dəyişməsi, su ehtiyatlarının azalma səbəbləri, sudan səmərəli istifadə və su itkilərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə gənclərə məlumat verilib.

Qeyd edək ki, 17 iyun tarixi səhralaşma və quraqlığın dünya üzrə ekosistemlərə, iqtisadiyyata və yaşayış mühitinə təsirlərinə diqqət çəkmək və bu problemlərlə mübarizə üçün tədbirlərin görülməsinin vacibliyini vurğulamaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunub və hər il müxtəlif tədbirlər və maarifləndirmə kampaniyaları ilə qeyd edilir.