Xəbərlər

“Təmiz ölkəm” aksiyası çərçivəsində Zirə qəsəbəsinin Xəzər dənizi sahili tullantılardan təmizlənib

16 İyun 2024, 13:54

May ayından başlayaraq davam edən təmizlik aksiyaları Zirə qəsəbəsinin Xəzər dənizi sahilində davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə keçirilən aksiya zamanı 300 kiloqram tullantı ərazidən yığılaraq daşınıb.

"Təmiz ölkəm" devizi ilə hər şənbə günü bütün ölkəni əhatə edən təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn maarifləndirici çağırışlar etmək, təmizliyə riayət etmək vərdişlərini vətəndaşlara təlqin etməkdir.