Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkətləri "Sıfır Tullantı” Bakı Təşəbbüsünə qoşulmağa dəvət edib
14 İyun 2024, 15:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 2024-cü ilin 27-28 iyun tarixlərində Bakıda “Yaşıl Dünya Naminə Həmrəylik: Dayanıqlı Gələcək Üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumu keçiriləcək. Forum tullantıların azaldılması və ekoloji problemlərin həlli istiqamətində yeni strategiyaların formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə təşkil olunur.
Forum ərəfəsində ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərlə fikir mübadiləsi aparmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Görüşdə ətraf mühitin mühafizəsi, davamlı inkişaf strategiyaları, təkrar emal və tullantıların idarə edilməsi kimi vacib məsələlər müzakirə olunub.
Həmçinin görüş zamanı, Bakıda keçiriləcək Beynəlxalq Forumun yekun nəticələrindən biri kimi Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə qəbul edilməsi nəzərdə tutulan "Sıfır Tullantı” Bakı Təşəbbüsü ilə bağlı özəl sektor nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Təşəbbüsün qəbul edilməsində məqsəd şirkətlərin istehsal prosesində ekoloji durumun yaxşılaşdırılması üzrə könüllü öhdəliklərinin vacibliyini diqqətə çatdırmaq, müvafiq pilot layihələr həyata keçirməklə tullantıların minimuma endirildiyi, resursların səmərəli istifadə edildiyi və təbii mühitin gələcək nəsillər üçün qorunub saxlanıldığı dövri iqtisadiyyata töhfə verməkdir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutan görüşdə “Fors” MMC, “AzEkol” QSC, “Coca-Cola Bottlers (Azərbaycan)” MMC, “Carlsberg Azerbaijan” MMC, “Babək Sirab” ASC, Badamlı, “Norm” ASC, “Holcim (Azərbaycan)” ASC, “Veysəloğlu Qrup” MMC, "Mineral Sular" MMC (Vita1000), “Smart Veys” MMC, “Yağmur” MMC, Balaxanı Sənaye Parkının rezidentləri, EcoHub İctimai Birliyi və digər şirkət və qurumların nümayəndələri iştirak edib.