Xəbərlər

Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

13 İyun 2024, 15:25

Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.