Xəbərlər

Milli Hidrometeorologiya Xidmətinə şagirdlərin ekskursiyası təşkil olunub

13 İyun 2024, 11:35

 
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub.

İnteraktiv formatda keçirilən tədbirdə ilkin olaraq şagirdlərə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib.

Daha sonra Situasiya Mərkəzində şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Tədbirin sonunda şagirdlərlə ətraf mühitin mühafizəsində, ekologiyanın qorunmasında kiçik yaşlıların rolu barədə diskussiya aparılıb, eyni zamanda uşaqlara dövlətimiz tərəfindən ekologiya sahəsində görülən tədbirlər, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verilib.