Xəbərlər

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib

12 İyun 2024, 13:55

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhəri 133 nömrəli tam orta məktəbdə “İnsan hüquqları və ətraf mühit” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Görüş çərçivəsində şagirdlərə hər bir insanın Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumatlar verilib, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanun, bu qanundan irəli gələn hüquq və vəzifələr, o cümlədən ətraf mühitə zərər vurulması ilə bağlı tətbiq olunan cəza tədbirləri izah edilib.

İnteraktiv formatda keçirilən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sözügedən maarifləndirici görüş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.