Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir
25 Dekabr 2014, 00:00
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 12-24 dekabr 2014-cü il tarixlərində növbəti reydlər keçirilib.
Reyd zamanı Şahdağ Milli Parkının Qəbələ bölməsinin ərazisində ovla məşğul olan Qəbələ rayon sakinləri Rövşən Qasımov, Murad Mürsəlov, Vüqar Qafarov və Telman Aydınlı saxlanılaraq onlardan 4 ov tüfəngi götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində keçirilmiş reyd zamanı ov edən İsmayıllı rayon sakinləri Bakıxan, Şakir və Məzahir Həsənovlar saxlanılaraq onlardan 3 ov tüfəngi götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək təqsirkar şəxslər ümumilikdə 3000 manat məbləğində cərimə edilib.
Şahdağ Milli Parkının Quba bölməsinin ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Sumqayıt şəhər sakinləri Hüseyn Hüseynov, Rövşən Abulov, Şakir Qəhrəmanov, Vəli Hüseynov, Məhəmmədəli Niyazov və Xırdalan şəhər sakini Mustafa Nəbiyev saxlanılıb və onlardan 6 ov tüfəngi götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək ümumilikdə onlara 6000 manat məbləğində cərimə tətbiq edilib. Eyni zamanda, sözügedən ərazidə keçirilmiş növbəti reyd zamanı ovla məşğul olan naməlum şəxs Nazirliyin əməkdaşlarını görən zaman ov tüfəngini ərazidə qoyaraq qaçıb. Ov silahı götürülərək qanunamüvafiq qaydada akt tərtib olunub və təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə müraciət edilib.