"Təmiz ölkəm" aksiyası çərçivəsində təmizlik aksiyaları davam edir
08 İyun 2024, 16:00
"Təmiz ölkəm" aksiyası çərçivəsində bu gün Sumqayıt şəhərinin “Xəzər bağları” yaşayış massivində, Lənkəran şəhərinin Sahil küçəsində, Xaçmaz rayonu Niyazoba kəndinin dəniz sahili ərazisində, Gəncəçayın Göygöl rayonu, Kür çayının Şirvan şəhəri, Humbulçayın Balakən rayonu, Bərgüşad çayının Qubadlı rayonu ərazisindən keçən hissəsində, Ağdam rayonu Quzanlı kəndində və Ağdaş rayonu Şirvan suvarma kanalının mühafizə zolağında təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin əməkdaşlarının, Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin, Şirvan şəhər Gənclər Evinin, Şirvan Arxiv İdarəsinin, rayon icra hakimiyyəti, bələdiyyələr, Mənzil-kommunal təsərrüfatı və istehsalat birliyinin yerli qurumlarının əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 6 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Hər kəsi öz vətəndaşlıq məsuliyyətini dərk etməyə, təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa dəvət edirik.