Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
07 İyun 2024, 18:20
İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək.