“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torlar su hövzələrindən yığışdırılıb
07 İyun 2024, 16:30
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasından ümumilikdə 1540 metr uzunluğunda 48 ədəd sintetik tor və xeyli sayda digər ov alətləri aşkar edilərək götürülüb.
Aksiya çərçivəsində tədbirlər davam etdirilir.