Xəbərlər

Müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir

07 İyun 2024, 13:05

Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır. Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub.