Faydalı qazıntı yataqlarına baxış keçirilib
07 İyun 2024, 11:20
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin geoloji ekspertiza üzrə mütəxəssisləri aidiyyəti qurumların ekspertləri ilə birgə Qobustan rayonunun “Nabur” vulkan külü və “Qozluçay” qum-çınqıl yatağına baxış keçirib.
Qeyd edək ki, aprel-may aylarında çaylarda müşahidə olunan gursululuq səbəbindən yarana biləcək problemləri təyin etmək üçün yataqlara baxılıb, vəziyyətin qənaətbəxş olduğu müəyyən edilib.
Yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarında mütəmadi monitorinqlər aparılır.