“Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində könüllülərə praktiki təlim keçirilib
03 İyun 2024, 16:35
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə növbəti praktiki təlim keçirilib.
“Laboratoriya şəraitində analizlərin aparılması üsulları” mövzusunda təşkil olunan təlim zamanı “Azelab” MMC-nin mütəxəssisləri tərəfindən gənclərə laboratoriya sahəsində biliklərin artırılması, real iş mühitində su və torpaq nümunələrinin tərkibinin təyin olunması, spektrometrik və titrimetrik analiz metodları göstərilib, makroorqanizmlər hidrobioloji analiz üsulu ilə təyin olunaraq makroorqanizmlərin növünü təyin etmək üçün işıq mikroskopunda baxılıb.
Könüllülər analizlər haqqında geniş məlumat əldə edərək sadə ilkin analizlərin aparılmasında iştirak ediblər. Laboratoriya şəraiti tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran suallar Cəmiyyətin əməkdaşları tərəfindən cavablandırılıb.